Azərbaycanın Belçikadakı səfiri erməni ekstremistlərinin mümkün hücumunun qarşısnın alınması üçün polisə təşəkkür edib

2023/10/651b0-1696269998.jpg
Oxunub: 175     21:58     02 Oktyabr 2023    
Azərbaycanın Belçikadakı səfiri və Avroap İttifaqındakı Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov Belçika Xarici İşlər Nazirliyinə və polisə təşəkkür edib.

Ordu.az xəbər verir ki, bu barədə səfir “X” paylaşımında bildirib.

“Oktyabrın 1-də erməni ekstremistlərinin Azərbaycan səfirliyinə qarşı mümkün zorakılığının qarşısının alınması üçün lazımi ehtiyat tədbirlərinin görülməsinə görə, Belçika Xarici İşlər Nazirliyinə və Brüsselin Montqomeri Polis Departamentinə minnətdarlığımızı bildiririk. Çox sağ ol!”, - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, diplomat oktyabrın 1-i saat 14:00-da Belçikada fəaliyyət göstərən ekstremist erməni diaspor təşkilatları Fransadan gələn analoji radikal dəstələrlə birlikdə Brüsselin Rond-Point Şuman meydanında mitinq təşkil edəcəyi haqqında xəbərdarlıq etmişdi.

Səfir mitinqdən sonra ekstremist dəstələrin Azərbaycan səfirliyinə qarşı zorakılıq tətbiq etməyi planlaşdırdıqlarını bildirmişdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Belçika   Erməni-ekstremistləri  


Bizi "telegram"da izləyin