Babək şəhərində “Şəhidlər parkı” salınır

2023/10/Ekran-1696269567.jpg
Oxunub: 223     21:30     02 Oktyabr 2023    
Babək şəhərində “Şəhidlər parkı” salınır.

Ordu.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şanlı zəfər tariximiz olan Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində və muxtar respublikanın bir sıra rayonlarında “Şəhidlər parkı” memorial kompleksləri salınacaq.

Layihə çərçivəsində artıq Babək şəhərində “Şəhidlər Parkı” memorial kompleksinin inşasına başlanılıb.

Babək şəhərinin mərkəzində 2 500 kvadratmetr ərazidə salınan parkda şəhidlərimizin ölməzliyini, şanlı qələbəmizi təcəssüm etdirən zəfər abidəsinin tikintisi tamamlanmaq üzrədir. Abidənin hündürlüyü 9, yerləşdiyi ay-ulduz platformanın diametri 12 metrdir. Həmçinin parkda Babək şəhidlərinin rəsmlərinin əks olunduğu lövhə inşa olunur.

Parkın ərazisində yaşıllıq sahələri də salınacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Babək   Şəhidlər-parkı  


Bizi "telegram"da izləyin