Saməddin Əsədov: "Dövlət kosmik tədqiqatlar üçün gələcəkdə də əsas maliyyə mənbəyi olacaq"

2023/10/75757-1696260148.jpg
Oxunub: 143     18:54     02 Oktyabr 2023    
Dövlət kosmik tədqiqatlar üçün əsas maliyyə mənbəyidir. Bu həmişə belə olub, indi də belədir, gələcəkdə də belə olacaq.

Ordu.az xəbər verir ki, bunu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində baş tutmuş sessiyada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Komsik Agentliyin ("Azərkosmos") direktoru Saməddin Əsədov bildirib.

Onun sözlərinə görə, dövlətlər kosmik tədqiqatlarda həm siyasi, həm hərbi, həm də başqa bir sıra məqsədlər güdür: “Azərkomsos” dövlətə məxsus agentlik olsa da, biz eyni zamanda kosmik fəaliyyətlə bağlı bir sıra beynəlxalq qaydaları qəbul etmişik, bununla yanaşı yerli kommersiya və qeyri-biznes strukturları ilə əməkdaşlıq edirik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Saməddin-Əsədov  


Bizi "telegram"da izləyin