Aİ gələn il üçün Ukraynaya 5 milyard avro hərbi yardımın ayrılması ilə bağlı razılığa gələ bilər

2023/09/64fae-1694167635.jpg
Oxunub: 174     18:51     02 Oktyabr 2023    
"Avropa İttifaqının (Aİ) 2024-cü ildə Ukraynaya 5 milyard avroluq hərbi yardımın ayrılması ilə bağlı ilin sonuna qədər razılaşacağı gözlənilir".

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Cozef Borel Kiyevdə 27 icma ölkəsinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Mən 2024-cü il üçün Avropa Sülh Fondu çərçivəsində 5 milyard avro məbləğində yeni hərbi yardım paketi təklif etmişəm. Ümid edirəm ki, Aİ-yə üzv dövlətlər bu təkliflə bağlı il başa çatmazdan əvvəl razılığa gələ biləcəklər", - o bildirib.

C.Borel əlavə edib ki, Aİ Kiyevlə müdafiə sənayesi, minalardan təmizləmə və dezinformasiya ilə mübarizə sahələrində əməkdaşlığı inkişaf etdirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna  


Bizi "telegram"da izləyin