Nazirlikdən
Ordu.az-a verilən xəbərə görə, ilk mərhələdə müayinədən keçirilən hər bir uşaq üçün fərdi reabilitasiya proqramı tərtib edilib.
Bu proqram əsasında onlar müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya, əmək terapiyası, peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyalarına cəlb ediliblər.
15 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün milli rəqslər, stolüstü oyunlar, futbol, badminton yarışları, Şəki, İsmayıllı, Şamaxı şəhərlərinə ekskursiyaları da təşkil olunacaq.
Ordu.az