Terrorçuların avtomobilinə hansı sistümlə müdaxilə edildi - ASELSAN “Kangal”

2023/10/1696252290.jpg
Oxunub: 16977     18:11     02 Oktyabr 2023    
Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsini hədəf alan hücumda istifadə edilən şübhəli avtomobilə ASELSAN “Kangal” EOD “Jammer” Sistemi ilə müdaxilə edilib.

Oktyabrın 1-i səhər saat 09:30 radələrində Türkiyə Daxili İşlər Nazirliyinin Mühafizə Baş İdarəsinə qarşı törədilən terror aktı nəticəsində 2 terrorçu məhv edilib. Terrorçuların avtomobilinə bomba zərərsizləşdirmə mütəxəssisləri müdaxilə edərkən, ASELSAN tərəfindən hazırlanmış “Kangal” EOD “Jammer” Sisteminin istifadəsi diqqət çəkib.

“Kangal” ASELSAN ilə Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) arasında bağlanmış müqavilə əsasında 2018-ci ildə Mühafizə Baş İdarəsinin inventarına nəqliyyat vasitəsinə quraşdırılmış şəkildə daxil olub. Daha sonra ASELSAN “Kangal”ın EOD olaraq adlandırılan və bomba zərərsizləşdirilməsi üzrə mütəxəssis tərəfindən hərəkət etdirilə bilən təkərli versiyasını hazırladı.

Pilotsuz Uçuş Aparatı (PUA) və RF nəzarətli partlayıcılara qarşı qorunma təmin edir

Hazırlanmış “Kangal” EOD kritik nöqtələrin RF ilə idarə olunan əldəqayırma partlayıcı qurğulardan və Dron/Mini PUA-lardan qorunmasını təmin edir. Tam əhatə etmə xüsusiyyəti sayəsində “Kangal” Radiotezlik (RF) diapazonunda radioların, uzaqdan idarəetmə vasitələrinin, mobil telefonların RFEYP tətik tezliklərinə və Dron/Mini PUA-ların uzaqdan idarəetmə, GNSS, Məlumat/Görüntü/Video Transfer tezliklərinə aktiv qarışdırma tətbiq edir.


Sistem sayəsində prioritet hədəflər üçün arzu olunan spektral formalaşdırma yaradıla bilər, istədiyiniz diapazonlar qarışdırılmadan xaric edilə bilər və müxtəlif çıxış güclərinə malik alt diapazonlar istənilən yerlərdə müəyyən edilə bilər. Sistemin proqram əsaslı bir qarışdırma sistemi olması sayəsində RF çıxış gücü istifadəçi ehtiyaclarına və prioritet təhlükələrə uyğun proqramlaşdırılaraq istənilən tezlik diapazonuna paylana bilər.

Yeni nəsil, çoxkanallı, yığcam və çoxməqsədli “Kangal” Dron-Mini/Mikro PUA & RFEYP Qarışdırma Sistemi sayəsində partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssis öz vəzifəsini asanlıqla yerinə yetirə bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin