Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Milli Qəhramanı, 1992-ci ildə Daşaltı əməliyyatı zamanı şəhid olmuş Riad Əhmədovla vida mərasimi keçirilib.
Ordu.az-ın məlumatına görə, 31 il sonra nəşinin qalıqları tapılan R.Əhmədov İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidimizin tabutuna bükülmüş Dövlət bayrağı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev tərəfindən Riad Əhmədovun xanımına təqdim olunub.
Həmin anın videosunu təqdim edirik:
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Riad-Əhmədov
Bayraq