TAMKAR| Ağdamda "səssiz ölümlər"in üzərindən necə keçdik? – FOTOLAR (VİDEO)
Oxunub: 451
10:25
30 Sentyabr 2023
44 günlük Vətən müharibəsi başlayandan Zəfərə qədər gedən yolda Azərbaycan ordusunun bəzi taktiki-manevr planları məlum olub. Bu barədə "Xəzər TV"-də yayımlanan “Əks-hücuma 10 dəqiqə qalmış” sənədli filmində məlumat verilib. Qoşunların hərəkət edəcəyi ərazilərin, xüsusilə də möhkəmləndirilmiş sədlərin yarılmasında “Tamkar” və “Pomins” qurğularından da geniş istifadə edilib.
Türkiyənin atıcı silah ixracatçısı olan “Makina ve Kimya Endüstrisi Kurumu”nun (MKEK) istehsalı olan TAMKAR minalanmış ərazilərdə minalanmış ərazilərdə keçid açmaq üçün hazırlanıb.
İlk olaraq Türkiyənin Cənub-Şərqi Anadolu Bölgəsindəki "Xəndək Əməliyyatları"nda istifadə edilən sistem daha sonra Afrindəki "Zeytun Budağı" əməliyyatı ilə yadda qalıb.
Sistem asanlıqla daşına bilən platforma üzərində qurulub. Sistemin quraşdırıldığı qoşqu platforması istənilən vasitə ilə əməliyyat bölgəsinə rahatlıqla daşına bilir. Sistemin quraşdırılması və istifadəsi çox asandır və buraxılış qurğusunun hazır vəziyyətə gətirilməsi qısa müddətdə həyata keçirilə bilər. Buraxılış qurğusu işə salınmadıqda, onu yenidən demontaj etmək mümkündür.
TAMKAR minalanmış ərazini necə təmizləyir?
TAMKAR sistemi təmizlənməsi nəzərdə tutulmuş minalanmış əraziyə gətirildikdən sonra sistemdəki raket buraxılır. Raket buraxıldıqdan sonra parabola şəklində uçuş həyata keçirir, arxasındakı partlayıcılar da bu kurs üzrə onun tarayektoriyasını izləyir. Minalar, detonatorla uzaqdan partladılmaqla təsir zonasından kənarda asanlıqla məhv edilə bilər.
İçərisində partlayıcı maddələr olan kabelin raket vasitəsilə birbaşa 200 metrlik xəttə uzadılması və kabel içərisindəki C4 tipli partlayıcıların (400 kq ağırlığında) partladılması prinsipinə əsaslanan sistem hərbçilərə böyük rahatlıq təmin edir. 8 raket atmağa qadir olan sistemin minalardan təmizləmə etibarlılığı 99 faizdir.
Texniki xüsusiyyətləri
Daşınması: Qoşqu
Raket növü: 2.75" G1
Raketlərin sayı: 8 ədəd
Uçuş mənzili: 200 m
Təmizləmə sahəsi: 100 m x 10 m
Partlayıcı növü: C-4
Partlayıcının çəkisi: 400 kq
Təmizləmə Etibarlılığı: 99%
Effektiv təmizlənən mina növü: təzyiq tipli
Atəş metodu: Xüsusi hazırlanmış detonator
Buraxılış qurğusunun növü: Aktiv