Türkiyə-Azərbaycan-Ermənistan-Rusiya dördtərəfli formatının ilk işartıları? – BAXIŞ BUCAĞI

2023/09/image-1696007596.jpg
Oxunub: 16502     14:33     30 Sentyabr 2023    
"Bütün tərəflərə, xüsusən də Ermənistana xatırladılıb ki, Cənubi Qafqazda daimi sülhə gedən yol yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qeyd-şərtsiz bərqərar edilməsi və regionumuzdakı bütün ölkələrin rifahına töhfə verəcək müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə açıla bilər". Bu, Türkiyə Təhlükəsizlik Şurasının sentyabrın 28-də Naxçıvandan qayıdan Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasından çıxarışdır.

Ərdoğanın Naxçıvanda verdiyi açıqlama Ermənistan ictimaiyyətinin diqqətini çəkib. Söhbət Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı vədini yerinə yetirməyəcəyi təqdirdə, Türkiyənin İran ərazisi vasitəsilə Azərbaycan və Mərkəzi Asiya ilə əlaqə quracağı ilə bağlı bəyanatdan gedir. Təbii ki, məlum bəyanatla İran da razılaşır. Ərdoğanın bu bəyanatı Ermənistanda Zəngəzur dəhlizindən imtina kimi qiymətləndirilib. Lakin Türkiyənin Təhlükəsizlik Şurasının iclasında verilən mesaj Ermənistandan hər hansı razılaşma ilə bağlı gözləntilərin olduğunun birbaşa ifadəsindən başqa bir şey deyil.

Bunun fonunda, Vətən Müharibəsinin üçüncü ildönümündə, sentyabrın 27-də iki telefon danışığı baş tutub. Türkiyənin xarici işlər naziri Ermənistanın xarici işlər naziri ilə, Rusiyanın xarici işlər naziri isə Azərbaycanın xarici işlər naziri telefon danışığı aparıb. Əslində, bu, Türkiyə prezidentinin bir neçə gün əvvəl BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gedərkən dediyi dördtərəfli məntiqdən özünəməxsus “dördtərəfli” kontur buraxır. Üstəlik, Ərdoğan həmin formatda görüşün ideyasını sentyabrın 11-də Ermənistanın baş naziri ilə telefon danışığından sonra gündəmə gətirib və çox güman ki, bu məsələyə toxunub. Daha sonra buna toxunan Paşinyan bildirib ki, format təklifləri fərqli, rəngarəngdir və onlara ümumi kontekstdə baxılmalıdır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin