Ordu.az xəbər verir ki, “Azadlıq” radiosuna hökumətyönlü dairələrin bildirdiyinə görə, qondarma qurumun üç keçmiş rəhbəri - Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyan, həmçinin keçmiş “xarici işlər naziri” David Babayan həbs olunmaq təhlükəsi altındadır. Bundan başqa, Reuters mənbələrinin məlumatına görə, Azərbaycanda müxtəlif ittihamlarla həbs etmək istədiyi iki yüzə yaxın erməninin siyahısı var.
Adının çəkilməsini istəməyən qondarma qurum nümayəndəsi Azadlıq Radiosuna deyib ki, problemin amnistiya və ya başqa mexanizmlə həll ediləcəyi bəlli deyil.
Ordu.az