"Mingəçevir" SES-i vurmaqla hədələyən və Laçında qaçarkən tutulmuş "general" kimdir? - DOSYE

2022/09/dfgdf-1662408809.jpg
Oxunub: 971     15:56     29 Sentyabr 2023    
Xəbər verdiyimiz kimi Ermənistanın Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı qüvvələrinin keçmiş komandanı Lyova Henrik Mnatsakanyan Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Ordu.az Lyova Mnatsakanyanın dosyesini təqdim edir:

Lyova Mnatsakanyan 1965-ci il sentyabrın 14-də Xankəndidə anadan olub.

1983-1985-ci illərdə SSRİ Silahlı Qüvvələrində (Belarus Hərbi Dairəsi) xidmət edib.

1989-cu ildə Karl Marks adına İrəvan Politexnik İnstitutunu bitirib.

1992-1994-cü illərdə Azərbaycana qarşı aparılan işğalçı əməliyyatlarda iştirak edib.

1992-2005-ci illərdə motoatıcı bölmənin komandirinin müavini, hərbi hissənin artilleriya batalyonunun komandiri, artilleriya rəisi və artilleriya briqadasının komandiri vəzifələrini tutub.

2003-cü ildə ona “general-mayor” hərbi rütbəsi verilib.

2005-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib

2005-2007-ci illərdə qanunsuz hərbi birləşmənin komandanının müavini (2005-2007), 2007-2012-ci illərdə isə qanunsuz hərbi birləşmənin Baş Qərargah rəisi-komandanın birinci müavini vəzifələrində çalışıb.

2012-2015-ci illərdə Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini kimi çalışıb.

2014-cü ildə ona general-leytenant hərbi rütbəsi verilib.

2015-ci il iyunun 15-də qondarma qondarma “müdafiə naziri” – qanunsuz hərbi birləşmənin komandanı təyin edilib.

2018-ci il dekabrın 14-də Lyova Mnatsakanyan tutduğu vəzifədən azad edilib və qondarma qurumun "fövqəladə hallar xidmətinin direktoru vəzifəsi"nə təyin edilib.

Qeyd edək ki, Vətən Müharibəsindən öncə Mnatsakanyan dəfələrlə terror törədəcəkləri barədə ittihamlar səsləndirib. O bildirirdi ki, "əgər zərurət yaranarsa, müdafiə ordusu", yəni erməni işğalçı birləşmələri Mingəçevir SES-ə raket zərbəsi endirəcək. Q qeyd edirdi ki, Mingəçevir SES hədəf kimi erməni ordusunun taktiki planlarına daxil edilib: "Hərb elmi bu və buna bənzər obyektlərə zərbə endirilməsini tələb edir. Belə zərbə iqtisadiyyata zərər vuracaq və düşmənin silahlı qüvvələrini müvafiq resurslarla təchiz etmək imkanlarını aradan qaldıracaq. Bu obyekt bizim planlarımıza daxildir".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mnatsakanyan   Saxlanılma  


Bizi "telegram"da izləyin