Bu il daha 7 min nəfər işğaldan azad edilmiş ərazilərə köçürüləcək

2023/09/c472c-1695990068.jpg
Oxunub: 1083     16:15     29 Sentyabr 2023    
Bu ilin sonuna qədər daha 7 minə yaxın insanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köçürülməsi planlaşdırılır.

Ordu.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev rəhbərlik etdiyi qurumun və BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda keçirdiyi “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, köç hazırda insanların yaşadığı Laçın və Füzuli rayonlarına baş tutacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İşğaldan-azad-edilmiş-ərazilər   Köç  


Bizi "telegram"da izləyin