Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə 30 il əvvəl Qarabağın işğalı zamanı evlərindən qovulan azərbaycanlılarla, bu gün iqtisadi rayonun erməniəsilli sakinlərinə rəsmi Bakı tərəfindən verilən imkanlar arasında paralellər aparıb.
Ordu.az-ın məlumatına görə, bununla bağlı o, özünün “X” hesabında paylaşım edib.
“1990-cı illərin əvvəlinin acı xatirələri. Azərbaycanlılar Qarabağdan zorla qovulurlar. 2023-cü ilin reallıqları. Bütün bu faktlara baxmayaraq, Azərbaycan erməniləri Qarabağı tərk etməməyə və çoxmillətli Azərbaycanın bir hissəsi olmağa çağırır”, - deyə diplomat bildirib və paylaşımına dediklərinin əyani sübutu olan video əlavə edib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Azərbaycan
Qarabağ