Ceyhun Bayramov Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib

2023/09/475cd-1693942799.jpg
Oxunub: 212     15:06     29 Sentyabr 2023    
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.

Ordu.az xəbər verir ki, bu barədə nazir "X" hesabında yazıb.

"Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, vətənpərvər və xeyirxah əməlləri ilə hər zaman seçilən Qənirə xanım Paşayevanın vaxtsız vəfatı hər birimizi dərindən sarsıtdı. Mərhuma Allahdan rəhmət diləyir və ailəsinə səbr arzu edirəm. Allah rəhmət eləsin!", - paylaşımda qeyd olunub.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov   Qənirə-Paşayeva  


Bizi "telegram"da izləyin