Peskov: "Rusiya sülhməramlı missiyasının uzadılması imkanı Azərbaycanla müzakirə olunacaq"

2020/07/22333-1595240903.jpg
Oxunub: 271     15:03     29 Sentyabr 2023    
Qarabağdakı Rusiya sülhməramlı missiyasının uzadılması imkanı Azərbaycan tərəfi ilə müzakirə olunacaq.

Ordu.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"İndi Azərbaycan ərazisində yerləşən missiyadan söhbət gedir. Bu, bizim Azərbaycan tərəfi ilə müzakirəmizin predmeti olacaq”, - deyə Kremli sözçüsü vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın Qarabağ regionun Rusiya sülhməramlı kontingenti İkinci Qarabağ müharibəsinin yekununda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli razılaşması əsasında 5 il müddətinə yerləşdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Rusiya   Azərbaycan  


Bizi "telegram"da izləyin