Ordu.az xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri, Kentukki Universitetinin Patterson Diplomatiya Məktəbinin professoru Kerri Kavano deyib.
Kavano iddia edir ki, Qarabağ ermənilərinin hamısı Ermənistana getsə belə, bu halda da problem həll olunmayacaq.
“Elə fundamental məsələlər var ki, həll olunmayıb. Mübarizə bitdikdən sonra Qarabağ erməniləri geri qayıda biləcəklərmi? Onların geri qayıda biləcəklərinə inam varmı? Bu, dəyişiklikdir, sülh müqaviləsi deyil, bu, Qafqazda əvvəllər şahidi olduğumuz status-kvonun dəyişməsidir. 1990-cı illərin ortalarında Ermənistanın döyüş meydanında uğur qazanmasından əvvəl biz bu münaqişədə status-kvonun dəyişdiyini görmüşük. İndi də Azərbaycanın döyüş meydanında böyük uğurları var. Bu o demək deyil ki, bu döyüşlərdən sonra gərginlik qalmayacaq”, - deyə o bildirib.
Kavanonun sözlərinə görə, ümid etmək lazımdır ki, Zəngəzur dəhlizi ilə bağlı hərbi əməliyyatlara başlanılmayacaq.
ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri deyib ki, Ermənistanla Azərbaycan arasında birbaşa müharibə bu regionda onilliklər ərzində sabitliyi sadəcə olaraq pozacaq.
Sevinc Əliyeva
Ordu.az