TEI-PD170 mühərriki “Akungur” PUA-sı ilə 35 saat fasiləsiz uçuş edib

2023/09/2023--1695980022.jpg
Oxunub: 199     15:03     29 Sentyabr 2023    
TEI tərəfindən layihələndirilən və istehsal edilən Türkiyənin ilk milli turbodizel aviasiya mühərriki olan TEI-PD170 TUSAŞ-ın “Akungur” Pilotsuz Uçuş Aparatı (PUA) ilə 35 saat fasiləsiz uçuş edib.

Ordu.az xəbər verir ki, bu uçuşla o, milli aviasiya mühərriki ilə əldə edilən ən uzun uçuş müddəti rekordunu qırıb.

TEI-PD170 mühərriki “Aksungur” ilə əvvəlki uçuşlarında 30 min fut hündürlüyü keçərək, bu sahədə rekord qırıb.

Xüsusilə yüksək hündürlükdə PUA sistemlərini gücləndirmək üçün nəzərdə tutulmuş mühərrik 170 at gücü hasil edə bilir.

Hündürlük imkanlarına və yanacaq sərfiyyatına görə rəqiblərini qabaqlayan TEI-PD170 iki mərhələli seriyalı turbokompressor sisteminə malikdir.

Mühərrik JP-8 və ya “Jet-A1” yanacaqları ilə işləyə bilər. Mühərrikin 162 kq “quru” çəkisi ilə rəqiblərini xeyli qabaqlaması hər kiloqramın aviasiyada nə qədər vacib olduğunu bir daha ortaya qoyur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Akungur   PUA  


Bizi "telegram"da izləyin