Ordu.az xəbər verir ki, Tayvan administrasiyasının prezidenti Tsai İnq-ven Kaohsiunq liman şəhərində keçirilən açılış mərasiminə rəhbərlik edib.
ABŞ rəsmiləri Çinin yaxın bir neçə il ərzində hərbi işğala başlaya biləcəyi barədə xəbərdarlıq edib.
Tayvan özünü idarə edən bir adadır, Çin onu öz ərazisi hesab edir və bir gün geri alacağına söz verib.
Əksər müşahidəçilər Çinin yaxın vaxtlarda adaya hücum etməyəcəyinə inanırlar və Pekin Tayvanla sülh yolu ilə “yenidən birləşmək” istədiyini bildirib.
Lakin o, Tayvanın rəsmi olaraq müstəqilliyini elan etməsinə və hər hansı kənar dəstəyə qarşı xəbərdarlıq edib. Bu ay Tayvan boğazında keçirdiyi hərbi təlimlərlə adaya getdikcə daha çox təzyiq göstərməyə çalışıb.
Tayvan ilk növbədə öz sualtı qayığını dizayn və inşa etməyi bacarıb. “Haikun” ABŞ-nin müdafiə şirkəti “Lockheed Martin”in döyüş sistemindən istifadə edir və ABŞ istehsalı olan raketləri daşıyacaq.
Sevinc Əliyeva
Ordu.az