Ordu.az xəbər verir ki, festival çərçivəsində şirkətin bir müddətdir üzərində çalışdığı milli turbofan mühərriki TEI-TF6000 də sərgilənib.
TEI Baş direktoru Mahmut Akşit TEKNOFEST Ankarada növbəti festival üçün prototip istehsal etməyi qarşılarına məqsəd qoyduqlarını və buna nail olduqlarını bildirib.
Akşit qeyd edib ki, prototipə aksesuarlar, kabellər və borular əlavə olunacaq.
“Komandamız ciddi fədakarlıqla mümkün qədər sürətlə işləyir. O, gecə-gündüz aparılan işlərlə sərgiyə gəlməzdən bir gün əvvəl son şəklini almışdı. Təqvim təzyiqi də bütün komandamızda mövcuddur. Dövlətimizin buna ehtiyacı var. İnşallah bunun işlədiyini və uçacağını görəcəyik”, - deyə o bildirib.
Sevinc Əliyeva
Ordu.az