2024-cü ildə Ermənistanın dövlət büdcəsinin kəsiri 340 milyard dram və ya ÜDM-in 3,2 faizini təşkil edəcək

2022/09/1662189442.jpg
Oxunub: 240     16:40     29 Sentyabr 2023    
“2024-cü ildə Ermənistanın dövlət büdcəsinin kəsiri 340 milyard dram və ya ÜDM-in 3,2 faizini təşkil edəcək, nəticədə borcun ÜDM-ə nisbəti 2024-cü ilin sonunda 48,4 faiz təşkil edəcək”.

Ordu.az xəbər verir ki, Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan hökumətin iclasında Ermənistanın 2024-cü il dövlət büdcəsi layihəsini təqdim edərkən deyib.

Onun sözlərinə görə, borcun belə səviyyədə saxlanması Ermənistanın reytinqinin müsbət tendensiyalarını qoruyub saxlamaq, gələcək mümkün risklərə qarşı durmaq üçün əlavə sabitlik ehtiyatı yaratmaq imkanı verir.

“Ermənistan İqtisadiyyat Nazirliyinin 2024-cü ildə büdcəsi 92 milyard dram təşkil edəcək ki, bu da 2023-cü illə müqayisədə 27,4 milyard dram və ya 41,9 faiz çoxdur”, - deyə Hovhannisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İqtisadiyyat  


Bizi "telegram"da izləyin