ASELSAN Baş direktoru Akyol: “Murad” AESA radarımızı “Akıncı” PUA-sına inteqrasiya etdik”

2023/09/1695976558.jpg
Oxunub: 236     14:43     29 Sentyabr 2023    
“Murad” AESA radarımızı “Akıncı” PUA-sına inteqrasiya etdik”.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Texnologiya Komandası Vəqfi (T3 Vəqfi) və Sənaye və Texnologiya Nazirliyi ilə birgə keçirilən TEKNOFEST İzmir tədbirində çıxış edən ASELSAN Baş direktoru Ahmet Akyol deyib.

Akyol Türkiyənin Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində dünya liderlərindən birinə çevrildiyini vurğulayıb.

O bildirib ki, şirkət PUA-lar üçün radarlar, elektro-optika, idarə olunan döyüş sursatları və rabitə sistemləri kimi faydalı yüklər hazırlayır.

Xüsusilə aktiv elektron daramalı radarların (AESA) PUA-lar üçün əhəmiyyətli bir qabiliyyət olduğunu ifadə edən Akyol bu radarların çoxlu hədəf izləmə, uzun mənzilli hədəf ayırma və dəniz rejimlərindən tutmuş hərəkətli hədəf izləməyə qədər müxtəlif xüsusiyyətlərə sahib olduğunu qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Murad   AESA  


Bizi "telegram"da izləyin