Pakistanda daha bir partlayış baş verib, ölənlərin sayı 57-yə çatıb - YENİLƏNİB

2023/07/1690520024.jpg
Oxunub: 425     15:01     29 Sentyabr 2023    
Pakistanda baş verən partlayışlar nəticəsində ölənlərin sayı 57-yə çatıb.

Ordu.az xəbər verir ki, ölənlərdən 2-si polisdir.

Məlumata görə, hadisə nəticəsində 140-dan çox adam yaralanıb.

Ölənlərin sayının artacağı istisna edilmir.

***

Pakistanın Xeyber-Paxtunxva əyalətində də partlayış baş verib.

Ordu.az xəbər verir ki, partlayışın səbəbi hələ ki məlum deyil, itkilər barədə də məlumat verilməyib.

Bildirilib ki, bu, gün ərzində ölkədə baş verən ikinci oxşar hadisədir.

***

Pakistanın Bəlucistan əyalətinin Mastunq şəhərində məsciddə törədilən terror aktı nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, ölənlər arasında yerli polis rəisinin müavini də var.

Məlumata görə, yüzdən çox insan yaralanıb.

***

Pakistanda məscid yaxınlığında baş verən partlayışda 13 nəfər ölüb, 70 nəfər yaralanıb.

Ordu.az yerli KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər partlayışın kamikadze tərəfindən törədildiyini ehtimal edir.

Qeyd edək ki, partlayış Mastunq şəhərində insanların Peyğəmbərin mövlud gününü qeyd etmək üçün toplaşdığı məscidin yaxınlığında baş verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Partlayış  


Bizi "telegram"da izləyin