Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Respublikaçılar Partiyası bəyanat yayıb.
Qeyd olunub ki, Ermənistan parlamentinin dövlət-hüquq məsələləri daimi komissiyası Roma Statutunun ratifikasiya layihəsinə müsbət rəy verib.
“Aydındır ki, hakim çoxluq bunu tez bir zamanda ratifikasiya etmək niyyətindədir”, - deyə bəyanatda bildirilib.
Vurğulanıb ki, Roma Statutunun ratifikasiyası Ermənistanın Rusiya ilə münasibətlərinə dönməz zərbə vuracaq.
Alpər Mövludoğlu
Ordu.az