İtaliya: Yeni döyüş təyyarəsi layihəsində Britaniya və Yaponiya ilə bərabər tərəfdaş olacağıq

2023/09/panam-1695966454.jpg
Oxunub: 226     17:28     29 Sentyabr 2023    
İtaliya, Britaniya və Yaponiya yeni nəsil döyüş təyyarəsi inkişaf proqramında bərabərhüquqlu tərəfdaş olacaqlar və layihə ilə bağlı danışıqlar davam edir.

Ordu.az xəbər verir ki, bu barədə İtaliya Müdafiə Nazirliyi bildirib.

İtaliya, Böyük Britaniya və Yaponiya növbəti onillikdə qabaqcıl döyüş təyyarəsi hazırlamaq məqsədilə ötən ilin dekabrında Qlobal Döyüş Hava Proqramı (GCAP) sazişi imzalayıb.

Məlumata görə, layihənin dizaynında və istehsalında Yaponiya və İtaliya söz sahibi olacaq, Böyük Britaniya isə döyüş təyyarələrinin hazırlanmasında daha dərin təcrübəsinə görə təşkilata rəhbərlik edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Britaniya   Yaponiya  


Bizi "telegram"da izləyin