Yunanıstan İsraildən silah sistemləri alacaq

2023/09/sadas-1695966383.jpg
Oxunub: 205     16:35     29 Sentyabr 2023    
Yunanıstanın “Kathimerini” qəzeti ölkənin “Spice” bombaları və “Rampage” raketləri alaraq, F-16 parkının imkanlarını artırmaq üçün hərəkətə keçdiyini yazıb.

Ordu.az nəşrə istinadən xəbər verir ki, Yunanıstanın Xarici İşlər və Müdafiə Nazirliyi İsraildən iki növ raket almaq üçün təşəbbüslərə başlamağı qərara alıb.

KİV Baş nazir Kiriakos Mitsotakisin sədrliyi ilə keçirilən şura iclasında qərarın qəbul edildiyini və qərarın “Rampage” “hava-yer” raketləri ilə yanaşı, “Spice” bombalarının da alınmasını ehtiva etdiyini yazıb.

Xəbərdə 137 milyon dollara “hava-yer” tipli dəqiq idarə olunan sursat olan ən azı 300 ədəd “Spice” bombasının alınacağı bildirilib.

Həmçinin alınacaq yeni raketlərin ölkənin F-16 parkının imkanlarını böyük ölçüdə artıracağı qeyd olunub.

“Rafael Advanced Defense Systems” tərəfindən istehsal edilən “Spice” hazırda İsrail, Kolumbiya, Braziliya, Hindistan və Sinqapurda istifadə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   İsrail  


Bizi "telegram"da izləyin