Litva İsveç və Finlandiyadan Baltikyanı HHM-i üçün dəstək istəyib

2023/09/harek-1695966326.jpg
Oxunub: 155     16:04     29 Sentyabr 2023    
Litva Baltikyanı ölkələrdə bu yaxınlarda qəbul edilmiş rotasiya Hava Hücumundan Müdafiə (HHM) modelinə töhfə vermək üçün müttəfiqlər axtararkən, ölkənin müdafiə naziri Arvydas Anusauskas Finlandiya və İsveçin bu səylərə töhfə verməsini gözlədiklərini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Anusauskas Litva mətbuatı BNS-ə müsahibəsində bildirib.

“Biz Baltik regionunda HHM sistemi üçün həm NATO üzvlərindən, həm də bu baxımdan müəyyən imkanlara malik yeni NATO üzvləri Finlandiya və İsveçdən dəstək gözləyirik”, - deyə o qeyd edib.

Anusauskas vurğulayıb ki, Finlandiya və İsveçin bu modeldə iştirakdan imtina etməyəcəklərini düşünür.

“Ancaq hər şeyi yerinə yetirmək üçün vaxt lazımdır. Biz bu məsələ ilə bağlı müzakirələri davam etdiririk”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   İsveç   Finlandiya  


Bizi "telegram"da izləyin