“Baykar”ın istehsal gücü nəzərəçarpacaq dərəcədə artıb

2023/09/1695966196.jpg
Oxunub: 318     17:02     29 Sentyabr 2023    
Türkiyənin “Baykar” şirkətinin istehsal gücü son bir ildə nəzərəçarpacaq dərəcədə artıb.

Ordu.az xəbər verir ki, bu barədə “Baykar” İdarə Heyətinin sədri Selçuk Bayraktar “Bloomberg”ə açıqlamasında bildirib.

Selçuk Bayraktar TB2-nin indiyə qədər 32 ölkəyə ixrac edildiyini, Səudiyyə Ərəbistanı ilə imzalanan “Akıncı” müqaviləsinin məbləğinin 3 milyard dollardan çox olduğunu qeyd edib.

“Bloomberg”ə danışan Bayraktar 27 min metr yüksəklikdə 20 saat uça bilən, 100-120 kiloqram ağırlıq daşıya bilən və cəmi 650 kiloqram ağırlığında olan “Bayraktar TB2”nin dünyada ən çox Hava Hücumundan Müdafiə (HHM) silahını və tankı məhv edən sistem olduğunu vurğulayıb.

İstehsal edilən “Bayraktar TB2”lərin sayının 500-ü keçdiyini bildirən Bayraktar şirkətin son 20 ildə əldə etdiyi gəlirlərin 82 faizinin ixracdan gəldiyini bildirib.

O, son bir ildə istehsal gücünün 50 faiz artdığını ifadə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Baykar  


Bizi "telegram"da izləyin