Qarabağdan Ermənistana getmiş mülki əhali fəryad edir: Bizə nə yemək verirlər, nə də su - VİDEO

2023/09/1695914992.jpg
Oxunub: 1403     18:27     28 Sentyabr 2023    
Qarabağı tərk edərək Ermənistana getmiş ermənilər öz soydaşları tərəfindən biganə və saymazyana münasibətə məruz qaldıqlarını bildirirlər.

Ordu.az xəbər verir ki. bu iddianı təsdiq edən görüntülər Qarabağın keçmiş sakinləri tərəfindən sosial şəbəkələrdə yayılıb.

“Bizə nə yemək, nə də su verirlər, sadəcə ad və soyadımızı qeydiyyata alırlar, vəssalam”, - deyə Ermənistana yeni qədəm qoymuş şəxs vurğulayıb.

Xatırladaq ki, Azərbaycan rəsmi səviyyədə bəyan edib ki, Azərbaycan vətəndaşlığını qəbul edən və xalqımızla dinc yanaşı yaşamağı seçən ermənilərin reinteqrasiyası və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılacaq.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənilər   Ermənistan  


Bizi "telegram"da izləyin