İqor Korotçenko: “Qarabağda yeni reallıq Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir”

2020/12/73421-1607405334.jpg
Oxunub: 216     18:01     28 Sentyabr 2023    
“Qarabağda yeni reallıq Azərbaycanın hərbi və siyasi qələbələrinin nəticəsidir”.

Ordu.az-ın məlumatına görə, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.

Ekspert qeyd edib ki, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməni terror qruplaşmalarının fəaliyyətinə nəhayət ki, son qoyulub: "Azərbaycan silahlı qüvvələri ilkin olaraq 44 günlük İkinci Qarabağ müharibəsində qələbə qazanaraq onları təslim olmağa məcbur edib. Azərbaycan bir gündən az vaxt aparan lokal antiterror tədbirləri zamanı qarşısına qoyduğu bütün vəzifələri yerinə yetirib. Bu baxımdan, regionda yeni reallıq Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir".

İ.Korotçenko vurğulayıb ki, bu mənada müasir tarixdə ortaya Azərbaycan kimi uğurlu nəticələr qoyan ölkə yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Korotçenko   Azərbaycan  


Bizi "telegram"da izləyin