Qaribaşvili: "Aİ-nin namizəd statusu ilə bağlı mənfi qərar verməsi üçün heç bir səbəbi yoxdur"

2022/03/78979-1647532629.jpg
Oxunub: 22075     17:56     28 Sentyabr 2023    
Avropa İttifaqının (Aİ) Gürcüstanın namizəd statusu ilə bağlı növbəti neqativ qərarı ölkəmizə və xalqımıza qarşı təhqir olar.

Ordu.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında bildirib. Hökumət başçısı belə bir qərarın Gürcüstan üçün qəbuledilməz olduğunu, ölkəsinin islahatlar sahəsində əldə etdiyi tərəqqi ilə namizəd statusuna layiq olduğunu deyib.

“Mən Şarl Mişel və bir neçə Avropa lideri ilə görüşdə öz mesajımı açıq şəkildə çatdırmışam. Bu sadə, aydın və birmənalı mesajdır: həyata keçirdiyi öhdəlikləri, əldə etdiyi tərəqqini və üzləşdiyi çətin geosiyasi konteksti nəzərə alsaq Gürcüstan namizəd statusuna layiqdir. Mən bunu onlara aydın şəkildə bildirmişəm. Əks təqdirdə, bu Aİ-nin daha bir strateji səhvi, ölkəmizə və xalqımıza qarşı ədalətsiz münasibəti olardı”.

Baş nazir Gürcüstanın əldə etdiyi nailiyyətlər baxımından Moldova və Ukraynadan irəlidə olduğunu bir daha vurğulayıb.

“Bizim avropalı dostlarımızın mənfi qərar verməsi üçün heç bir səbəb yoxdur”, - Qaribaşvili deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qaribaşvili   Gürcüstan  


Bizi "telegram"da izləyin