NATO-nun Baş katibi: "Ukraynanın müharibəni dayandırmaq imkanı yoxdur"

2022/09/1663775202.jpg
Oxunub: 27800     17:48     28 Sentyabr 2023    
“Ukrayna müharibəni dayandıra bilməz. Rəsmi Kiyevin belə bir imkanı yoxdur”.

Ordu.az xəbər verir ki, bunu Kiyevdə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ukraynanın təslim olması sülhdən imtina deməkdir: “Bu, Rusiyanın işğalının davam etməsi demək olacaq. Ukraynaya isə ədalətli və sabit sülh lazımdır”.

Y.Stoltenberqin fikrincə, Ukraynanın davamlı və ədalətli sülhə nail olmaq üçün Rusiyaya qarşı şiddətli mübarizədən başqa variantı yoxdur: “NATO müttəfiqləri bu mübarizədə lazım olduğu qədər Ukraynanın yanında olacaqlar. Ukrayna gücləndikcə Rusiya işğalına son qoymağa bir o qədər yaxınlaşırıq. Rusiya bu gün silahı yerə qoya və bu müharibəyə son qoya bilər”.

Baş katib bildirib ki, Ukraynanın gələcəyi NATO-dadır: “Biz Ukraynanın Alyansa üzvlüyü üçün birlikdə çalışırıq”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan etibarən əks-hücum əməliyyatları keçirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Stoltenberq  


Bizi "telegram"da izləyin