Türkiyə Təhlükəsizlik Şurasının iclası başlayıb, Azərbaycanın antiterror tədbirləri müzakirə olunur

2023/09/1695908206.jpg
Oxunub: 32794     17:20     28 Sentyabr 2023    
Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası başlayıb.

Ordu.az xəbər verir ki, toplantı Beştepedəki iqamətgahda keçirilir.

İclasda Azərbaycan Ordusunun sentyabrın 19-da keçirdiyi antiterror tədbirlərinin nəticəsi və regional proseslər müzakirə olunur.

Bundan başqa, İraq və Suriyadakı mövcud vəziyyət, həmçinin “Taxıl sazişi”nin perspektivi barədə də fikir mübadiləsi aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin