Rusiya XİN Roma Statutu ilə bağlı Ermənistana xəbərdarlıq edib

2023/05/1685453268.jpg
Oxunub: 23390     17:13     28 Sentyabr 2023    
Ermənistanın Roma Statutunu ratifikasiya etməsi Rusiya-Ermənistan arasında ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

"Ermənistan tərəfindən Roma Statutunun ratifikasiyası ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq. Moskva Ermənistan Parlamentində statutla bağlı zərərli qərara möhür vurmayacaq qüvvələrin olacağına ümid edir", deyə Rusiya XİN-dən verilən açıqlamada qeyd olunub.

O da vurğulanıb ki, İrəvan Rusiya tərəfinin sənədlə bağlı cavab təkliflərini nəzərə almayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   XİN   Ermənistan  


Bizi "telegram"da izləyin