Putin Ukrayna ərazilərinin Rusiyaya birləşdirildiyi günü milli bayram elan edib

2023/09/1694508506.jpg
Oxunub: 29105     17:06     28 Sentyabr 2023    
Rusiyada sentyabrın 30-u milli bayram günü kimi qeyd ediləcək.

Ordu.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 30-nu Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşdirilməsi günü kimi təsis edən qanunu imzalayıb.

Qeyd edək ki, Rusiya Ukraynanın adıçəkilən regionlarını ötən il öz ərazisinə birləşdirib. 30 sentyabr 2022-ci ildə Rusiya Prezidenti və "DXR" , "LPR", Zaporojye və Xerson vilayətlərinin rəhbərləri tərəfindən yeni ərazilərin Rusiya Federasiyasının tərkibinə daxil edilməsinə dair sazişlər imzalanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Ukrayna  


Bizi "telegram"da izləyin