Tokayev: "Qazaxıstan Rusiyaya qarşı sanksiyalar rejiminə əməl edəcək"

2023/09/1695904955.jpg
Oxunub: 28933     16:40     28 Sentyabr 2023    
Qazaxıstan Rusiyaya qarşı sanksiyalar rejiminə əməl edəcək.

Ordu.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almaniya Kansleri Olaf Şolts ilə Berlində keçirdiyi danışıqların yekununa dair mətbuat konfransında deyib.

“Qazaxıstan Rusiyaya qarşı sanksiya rejiminə əməl edəcəyini birmənalı şəkildə bəyan edib. Müvafiq qurumlarla əlaqələrimiz davam edir. Mənə elə gəlir ki, Rusiyanın sanksiyalar rejimindən yayınması üçün Qazaxıstanın mümkün addımları ilə bağlı Almaniya tərəfinin heç bir narahatlığı olmamalıdır”, - deyə Tokayev əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Rusiya  


Bizi "telegram"da izləyin