Fransa və Britaniya müdafiə nazirləri Ukraynada səfərdədir

2023/09/1695901550.jpg
Oxunub: 16912     15:34     28 Sentyabr 2023    
Fransa və Böyük Britaniya müdafiə nazirləri Ukraynada səfərdədir.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Qeyd olunub ki, Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastian Lekornunun rəhbərlik etdiyi nümayəndə heyətində ölkəsinin müdafiə sənayesini təmsil edən şirkətlərdən bəzilərinin rəhbərləri də yer alıb.

Kiyevə bu gün səfər edən Böyük Britaniyanın müdafiə naziri Qrant Şeppsin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynanın yüksək rütbəli vəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Britaniya   Ukrayna  


Bizi "telegram"da izləyin