"Vaqner" hərbi təyyarəsi uçuş-enmə zolağından çıxdı: 140 nəfər öldü

2023/09/1695900144.jpg
Oxunub: 24489     15:01     28 Sentyabr 2023    
Sentyabrın 23-də Malidə Rusiyanın “Vaqner” özəl hərbi şirkətinə məxsus “İlyuşin İL-76” hərbi-nəqliyyat təyyarəsi eniş zamanı əvvəlcə uçuş-enmə zolağından çıxıb, sonra isə alovlanıb.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, Mali və "Vaqner" əsgərlərini daşıyan təyyarədə 140 nəfər həyatını itirib.

Təyyarədə ölənlər arasında rus pilotun da olduğu bildirilir.

Belə ki, qəza təyyarənin yanacaq çənindəki nasazlıq səbəbindən baş verib. Hadisə ilə bağlı araşdırmalar başlanılıb.

Qeyd edək ki, Malidəki Qao hava limanından Mali əsgərləri, "Vaqner" muzdluları və BMT-nin sabitləşdirmə missiyasının hərbi personalı istifadə edir.

Məlumata görə, təyyarə əvvəllər "Vaqner"ə məxsus olub və qəzadan təxminən bir həftə əvvəl Hərbi Hava Qüvvələrinə təhvil verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vaqner   Təyyarə  


Bizi "telegram"da izləyin