Kreml: Qarabağdakı qondarma rejimin mövcudluğuna son qoyulması ilə bağlı bəyanat nəzərə alınıb

2023/03/Kreml-1679050889.jpg
Oxunub: 34542     15:05     28 Sentyabr 2023    
Kreml Qarabağdakı qondarma rejimin mövcudluğuna son qoyulması ilə bağlı bəyanatı nəzərə alıb.

Ordu.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı açıqlamasında bildirib.

Peskov qeyd edib ki, Moskva regiondakı vəziyyəti, ilk növbədə, humanitar aspekti diqqətdə saxlayır:

“Bu, ən mühüm məqamdır”, - deyə Kreml rəsmisi vurğulayıb.

Onun sözlərinə görə Rusiya sülhməramlı kontingenti insanlara yardımı davam etdirir: "Hazırda Qarabağdakı ermənilərin böyük hissəsi Ermənistan tərəfə keçmək arzusunu bildirir və bunu istəyən hər kəsə dəstək göstərilir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Azərbaycan   Qarabağ  


Bizi "telegram"da izləyin