Erməni deputat: “Gün gəldi, biz faktiki olaraq qeyd-şərtsiz kapitulyasiya gördük”

2023/09/2023--1695897078.jpg
Oxunub: 487     19:45     28 Sentyabr 2023    
“Ruben Vardanyanın ələ keçirilməsi məsələsi tək fəaliyyət planı deyil. Ermənistandan çox səy tələb olunacaq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Lusine Badalyan deyib.

Erməni deputat vurğulayıb ki, Ermənistan hakimiyyəti hər bir Ermənistan vətəndaşı qarşısında məsuliyyət daşıyır.

Müxalifətin mitinqlərinə toxunan Badalyan qeyd edib: “Bütün bu hay-küy diqqəti yayındırmaq və Paşinyanı yenidən “satqın” elan etmək üçün qaldırılıb. 10 noyabr bəyanatı kapitulyasiya deyildi, daha böyük fəlakətlərin qarşısını aldı. Gün gəldi, biz faktiki olaraq qeyd-şərtsiz kapitulyasiya gördük. Hamı başa düşürdü ki, Arayik Harutyunyan “istefa” verərsə, o, Qarabağın “sonuncu prezidenti” olacaq. Mən inanmaq istəmirəm ki, müxalifət bunu bilmədən edir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vardanyan   Ermənistan  


Bizi "telegram"da izləyin