Erməni ictimai xadim: “Bu fəlakətin əsasları 1999-cu ilin dekabrında “müdafiə ordusu”nun İrəvana tabe olması ilə qoyuldu”

2023/09/60-98-1695896717.jpg
Oxunub: 29386     17:00     28 Sentyabr 2023    
“Bu fəlakətin əsasları 1999-cu ilin dekabrında “müdafiə ordusu”nun (qanunsuz “hərbi birləşmə”-red.) İrəvana tabe olması ilə qoyuldu”.

Ordu.az xəbər verir ki, erməni ictimai xadim Hayk Xanumyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistan ordusu tədricən qulluqçuların bürokratiyasına çevrilib.

“Müharibə təcrübəsi və hərbi bacarıqların lokallaşdırılması erməni dilinə tərcümə edilmiş sovet hərbi dərslikləri ilə əvəz olundu, icra intizamı kəskin şəkildə aşağı düşdü, xarakterli komandirlər fürsətçilərlə, əmrləri məntiqsiz yerinə yetirənlərlə əvəz olunmağa başladı”, - deyə Xanumyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xanumyan   Ermənistan  


Bizi "telegram"da izləyin