Ordu.az xəbər verir ki, Silahlı Qüvvələr Günü münasibəti ilə Yun ABŞ ilə uzunmüddətli müttəfiqliyi və Kim Çen Inın hücum cəhdindən çəkindirmək məqsədilə regionda Amerika nüvə aktivlərinin yerləşdirilməsi ilə bağlı məsləhətləşmələri gücləndirmək üçün Prezident Co Baydenlə əldə olunan razılaşmaları yüksək qiymətləndirib.
Yoon qeyd edib ki, Şimali Koreya nüvə silahından istifadə edərsə, onun rejimi Cənubi Koreya-ABŞ ittifaqının böyük cavabı ilə sona çatacaq.
O, həmçinin Pxenyanı atom silahına can atdığına görə tənqid edib və bunun bədəlini xalqının ödədiyini bildirib.
Sevinc Əliyeva
Ordu.az