Orbandan İsveçə yeni şok: Macarıstan İsveçin NATO-ya üzv olmaq istəyini təsdiqləməyə tələsmir

2023/09/2023--1695886935.jpg
Oxunub: 208     15:32     28 Sentyabr 2023    
Macarıstanın Baş naziri Viktor Orban parlamentdə çıxışı zamanı bildirib ki, Ukraynadakı etnik macarların dil hüquqları bərpa olunmayana qədər Macarıstan beynəlxalq münasibətlərdə heç bir məsələdə Ukraynanı dəstəkləməyəcək.

Ordu.az xəbər verir ki, Macarıstanın İsveçin NATO üzvlüyünü təsdiqləməyə tələsmədiyini də deyən Orban ötən ildən bəri parlamentdə saxlanılan prosesin daha da gecikdiriləcəyinə işarə edib.

İsveçin üzvlük müraciəti Macarıstan və Türkiyənin təsdiqini gözləyir.

Kiyev 2017-ci ildə məktəblərdə azlıqların dillərinin istifadəsini məhdudlaşdıran qanunu qəbul etdikdən sonra Macarıstanın Ukrayna ilə münasibətləri gərginləşib. Rəsmi Budapeşt burada təxminən 150,000 etnik macarın xüsusən təhsildə ana dilindən istifadə hüququnun məhdudlaşdırıldığını bildirib.

Macarıstan NATO-nun üzvüdür və Rusiyanın Ukraynanı işğal etməsinə qarşıdır, lakin 2010-cu ildən hakimiyyətdə olan Orban Rusiya ilə yaxın münasibətlər qurub və Prezident Vladimir Putini tənqid etməyi dayandırıb. Macarıstan Ukraynaya silah göndərməkdən imtina edib.

Orban bildirib ki, Macarıstan İsveçin NATO-ya üzv olmaq istəyini təsdiqləməyə tələsmir və İsveçin təhlükəsizliyinə heç bir təhlükə yoxdur. Budapeşt isveçli siyasətçilərin demokratik hüquqları pozduğuna dair əsassız iddialara istinad edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Orban   İsveç  


Bizi "telegram"da izləyin