Türkiyə müdafiə sənayesi Çin mətbuatında – Çoxtəbəqəli HHM sisteminin ilk nəticələri: “Hisar U” və “Siper 2”

2023/09/616x3-1695886877.jpg
Oxunub: 242     15:12     28 Sentyabr 2023    
Türkiyənin Hava Hücumundan Müdafiə (HHM) sənayesinin uğurları bütün dünyada rezonans yaratmaqda davam edir.

Ordu.az xəbər verir ki, Çin ordu qəzeti “Türkiyənin Çoxtəbəqəli Hava Hücumundan Müdafiə Sistemi İlk Nəticələrini Göstərir” başlıqlı xəbərdə Türkiyənin yerli və milli silahlarına diqqət çəkib.

Xəbərdə “Siper 2” uzun mənzilli HHM raketinin ilk sınağının tamamlandığı bildirilib.

Qeyd olunub ki, bu inkişafla Türkiyə uzun, orta və qısa mənzilli, əlaqəli və mərhələli HHM sisteminin yaradılmasının əsasını qoyur.

Çin qəzeti yerli uzaqmənzilli HHM sistemi “Siper”in döyüş təyyarələri və qanadlı raketlər kimi hədəfləri əngəlləməyi hədəflədiyini bildirib.

“Siper 2”nin “Siper 1” ilə müqayisədə yeni aktiv radar axtarıcısına və yeni mühərrikə sahib olduğu, ümumi performansın yaxşılaşdırıldığı bildirilib.

Xəbərdə “Siper”in “Hisar-U” uzun mənzilli HHM raketi əsasında hazırlandığına da diqqət çəkilib.

“Hisar” seriyasının güclü hərəkət qabiliyyətinə malik olduğu və hədəfin aşkarlanmasından raketin buraxılmasına qədər olan müddətin 4 saniyədən az olduğu qeyd edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Çin  


Bizi "telegram"da izləyin