“Torpağı verəcəkdilərsə, verəydilər, niyə uşağımızı alıb öldürdülər?” - Erməni hərbi qulluqçunun anası

2023/09/2023--1695886459.jpg
Oxunub: 31603     15:21     28 Sentyabr 2023    
“Dava başlayanda iki qardaş getdilər. Mihran erkən, Hovhanness oktyabrda getdi və oktyabrın 16-da Hadrutda ölüb”.

Ordu.az xəbər verir ki, bunu 44 günlük müharibədə məhv edilmiş Hovhannes Xoderyanın anası Hayastan Mkrtçyan deyib.

Onun sözlərinə görə, 2021-ci yanvarın 19-da böyük oğlu Hovhannesin cəsədi tapılıb və fevralın 2-də Yerablurda dəfn edilib.

Hayastan Mkrçyan oğlunun nişanlı olduğunu, evlənmək istədiyini, amma hər şeyin yarımçıq qaldığını deyib.

“Kimə görə, küçədən gələn hakimiyyətə görə? Hər şeyi verdik və çıxdıq.Şuşadan çıxdıq, Xankəndidən çıxdıq, heç nəyimiz yoxdur. Torpağı verəcəkdilərsə, verəydilər, niyə uşağımızı alıb öldürdülər? Rus son kitabımızın səhifəsini bağladı”, - deyə məhv edilmiş erməni hərbi qulluqçunun anası bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-hərbi-qulluqçu  


Bizi "telegram"da izləyin