Yunan politoloq: “ABŞ və Rusiya Zəngəzur dəhlizini istəyir, ancaq bir “qalib” ola bilər”

2023/06/zenge-1685967225.jpg
Oxunub: 376     14:44     28 Sentyabr 2023    
“ABŞ və Rusiya Zəngəzur dəhlizini istəyir, ancaq bir “qalib” ola bilər”.

Ordu.az xəbər verir ki, bunu yunan politoloq Paul Antonopulos özünün X mikrobloqunda yazıb.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ardıcıl tələbi Zəngəzur dəhlizinin açılmasıdır.

Antonopulos qeyd edib ki, dəhliz Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə, sonra isə Türkiyə ilə birləşdirəcək, Ermənistanın Zəngəzur vilayətini yoxlamasız və nəzarətsiz keçəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Zəngəzur  


Bizi "telegram"da izləyin