Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan deyib.
Onun sözlərinə görə, təsadüfi deyil ki, həmin açıqlamadan sonra bu gün artıq müxtəlif şəxslərin avtomobillərinin daha ciddi və bir neçə dəfə yoxlanılması ilə bağlı çoxsaylı məlumatlar yayılır, bəzi konkret avtomobillərə diqqət yetirildiyi nəzərə çarpır.
“Başqa sözlə, müəyyən hərəkətlər var ki, onlar haqqında çoxlu mötərizə açmağı təhlükəli hesab edirəm, ancaq Azərbaycan ötən gündən müəyyən tədbirlər görür, bu, təkcə Ruben Vardanyanla bağlı baş verənlərlə məhdudlaşmır”, - deyə Abrahamyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az