Erməni deputat: “Babayanın açıqlaması Azərbaycanın mümkün qara siyahısında olan şəxsləri zərbə altına qoyub”

2023/04/4fbe4-1680327938.jpg
Oxunub: 347     15:02     28 Sentyabr 2023    
“Samvel Babayanın Həkəri körpüsündən heç bir problem olmadan, pasport rejimi olmadan, xüsusi rəftar olmadan keçməsi barədə açıqlaması Azərbaycanın mümkün qara siyahısında olan şəxsləri zərbə altına qoyub”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan deyib.

Onun sözlərinə görə, təsadüfi deyil ki, həmin açıqlamadan sonra bu gün artıq müxtəlif şəxslərin avtomobillərinin daha ciddi və bir neçə dəfə yoxlanılması ilə bağlı çoxsaylı məlumatlar yayılır, bəzi konkret avtomobillərə diqqət yetirildiyi nəzərə çarpır.

“Başqa sözlə, müəyyən hərəkətlər var ki, onlar haqqında çoxlu mötərizə açmağı təhlükəli hesab edirəm, ancaq Azərbaycan ötən gündən müəyyən tədbirlər görür, bu, təkcə Ruben Vardanyanla bağlı baş verənlərlə məhdudlaşmır”, - deyə Abrahamyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Babayan   Açıqlama   Azərbaycan  


Bizi "telegram"da izləyin