Ordu.az xəbər verir ki, bunu İran parlamentinin erməni deputatı Robert Beqlaryan deyib.
O qeyd edib ki, İranın Qızıl Aypara Cəmiyyəti ilə də danışıqlar aparılıb.
Deputat bildirib ki, İran hökuməti hazırlıq işləri aparır.
“Üç gün əvvəl mən və İran parlamentinin digər üzvü Ara Şahverdyan xarici işlər nazirinin müavini ilə görüşdük və Qarabağda baş verənlərdən narahat olduğumuzu bildirdik. Biz İran Xarici İşlər Nazirliyini bu məsələlərə daha çox diqqət yetirməyə çağırmışıq. Müvafiq hesabat artıq hazırdır və bu gün Nyu-Yorkdan qayıdan ölkənin xarici işlər nazirinə göndəriləcək”, - deyə Beqlaryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az