“Hraparak”: Qarabağın erməni sakinləri Xankəndidə hansı "status"da yaşayacaqlar?

2023/09/1695575949.jpg
Oxunub: 35529     14:43     28 Sentyabr 2023    
Rusiya sülhməramlıları Qarabağda ən azı 20-25 min insanın qalması üçün hər şeyi edəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, bunun sayəsində Qarabağda sülhməramlı missiyanın fəaliyyəti davam edəcək.

“Qarabağın erməni sakinlərinin Xankəndidə hansı statusda yaşayacaqlarına qarşıdakı danışıqlarda qərar veriləcək, lakin Qarabağdakı mənbələrin məlumatına görə, Rusiya və Azərbaycan tərəflərinin razılığı ilə Vitali Balasanyan Qarabağ icmasının nümayəndəsi təyin oluna bilər. Balasanyan Qarabağdan getməyəcəyini elan edib və Azərbaycanla dil tapmaqda məharəti ilə tanınır. Bəzi məlumatlara görə, sülhməramlılar bu günlərdə nəyin bahasına olursa-olsun, qalan Qarabağ ermənilərinin təhlükəsizliyini təmin edəcəklərinə and içirlər, lakin son hadisələrdən sonra onlara az adam inanır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağın   Xankəndi  


Bizi "telegram"da izləyin