Ordu.az xəbər verir ki, şəhidin nəşi Salyan rayonunun Qarabağlı kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində Salyan rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Birinci Qarabağ müharibəsində Füzulinin Kürdmahmudlu kəndində itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənddə aşkarlanan Təhsin Hacıyevin nəşi Salyan rayonunun Qarabağlı kəndinə gətirilib.
Ordu.az-ın məlumatına görə, şəhidlə doğulduğu evdə vida mərasimi keçirilir.
Mərasimdə şəhidin ailə üzvləri, doğmaları, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Hacıyev Təhsin Fikran oğlu 1973-cü il aprelin 24-də Salyan rayonunun Qarabağlı kəndində anadan olub. 1993-cü il avqustun 31-də Füzulinin Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.
Xocavəndin Edilli kəndi düşmən işğalından azad edildikdən sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin T.Hacıyevə məxsus olduğu təsdiqlənib.
Ordu.az